• Bakı 19° C

    1.56 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Gənc qızlardan motosikletlə təhlükəli hərəkətlər - VİDEO

CƏMİYYƏT

14 Aprel 2026 | 10:02

Gənc qızlardan motosikletlə təhlükəli hərəkətlər - VİDEO

Sosial şəbəkələrdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir neçə gənc qızın motosikletlə təhlükəli hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, qəsəbənin Əliağa Vahid küçəsində hərəkət edən 3 motosikletin sürücülərinin və sərnişinlərinin motodəbilqə taxmaması, digər hərəkət iştirakçılarına əsassız irad bildirməsi məlum olub.

DİN-in Baş DYP İdarəsindən Qafqazinfo-ya bildirilib ki, sosial mediada yayılan görüntülərlə bağlı araşdırma aparılır: “DYP olaraq bir daha motosiklet sürücülərinə müraciət edərək, idarəetmə zamanı yol hərəkəti qaydalarına ciddi riayət olunmasına, mütləq qaydada motodəbilqədən və digər qoruyucu vasitələrdən istifadəyə çağırırıq”.

Həmin görüntüləri təqdim edirik:


SON XƏBƏRLƏR