• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

BYD-nin zavodunda yanğın baş verdi - VİDEO

DÜNYA

14 Aprel 2026 | 11:41

BYD-nin zavodunda yanğın baş verdi - VİDEO

Çinin Şençjen şəhərinin Pinşan rayonunda yerləşən BYD avtomobil zavodunun qarajında yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sina Finance" məlumat verib.

Yerli rəsmilər və şirkət nümayəndələri hadisənin nəzarət altına alındığını və heç kimin xəsarət almadığını təsdiqləyiblər.

Bildirilib ki, həyəcan siqnalı daxil olduqdan dərhal sonra yanğınsöndürmə və xilasetmə bölmələri də daxil olmaqla, rayon və şəhər üzrə təcili reaksiya qrupları hadisə yerinə cəlb edilib.

BYD şirkəti zərər çəkmiş tikilinin Pinşandakı müəssisədə sınaq və istismardan çıxarılmış avtomobillərin saxlanması üçün nəzərdə tutulan "üçölçülü dayanacaq" olduğunu bildirib./Oxu.Az 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026