• Bakı 11° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Poçt sektoru 32% böyüdü

CƏMİYYƏT

17 Fevral 2026 | 16:09

Poçt sektoru 32% böyüdü

Azərbaycanın poçt sektoru 2025-ci ildə 2024-cü ilə nisbətən 32% böyüyüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Bildirilir ki, bu inkişafın əsas səbəbi kimi elektron alışverişə marağın artmasını göstərmək olar.

Effektiv tənzimləmənin əldə olunması üçün bazar payının ölçülməsinin əhəmiyyətini nəzərə alaraq, poçt rabitəsi xidmətləri üzrə Dövlət Gömrük Komitəsindən, Dövlət Vergi Xidmətindən və Dövlət Statistika Komitəsindən poçt rabitəsi operatorlarının il ərzində daşıdıqları poçt göndərişləri barədə məlumatlar toplanıb və təhlil edilib.


SON XƏBƏRLƏR