Pakistanın Bakur rayonunda yerləşən nəzarət buraxılış məntəqəsində terror aktı törədilib.
Bakıvaxtı.az xəbər verir ki, nəticədə 1-i azyaşlı uşaq və 11-i təhlükəsizlik qüvvələri əməkdaşı olmaqla 12 nəfər həlak olub, yeddi mülki şəxs yaralanıb.
İlkin məlumata əsasən, hücumu həyata keçirən terrorçular mühafizəçilərin onları hərbi şəhərciyə buraxmadığını görərək, içi partlayıclarla dolu avtomobili NBM-in divarlarına çırpıb və beləcə partlayış törədiblər
Qanlı hücuma görə məsuliyyəti “Təhriki-Taliban” terrorçu qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Sözügedən qruplaşma 2022-ci ildə sülhü pozandan bəri hücumlar baxımından fəallaşıb.
Bakı 




