• Bakı 14° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

SİYASƏT

17 Fevral 2026 | 12:30

Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

Bakıda "Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü - 2026" təlim kursu keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim Müdafiə Nazirliyi ilə NATO arasında 2026-cı il üçün Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilir.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunan kursda əvvəlcə iştirakçılara mövzu, ssenari və qarşıya qoyulan tapşırıqlar barədə ətraflı məlumat verilib.

Beynəlxalq hərbi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olan bu kursun əsas məqsədi birgə təlimlər zamanı qarşılıqlı fəaliyyətin və uyarlılıq səviyyəsinin artırılması, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsidir.

Qeyd edək ki, təlim kursunda Azərbaycanda 28, NATO-ya üzv və tərəfdaş ölkələrdən isə 38 nəfər iştirak edir.


SON XƏBƏRLƏR

16 Fevral 2026