Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı vasitələri ilə 192,012 milyon ABŞ dolları dəyərində 12,643 min ton yük daşınıb.
Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 645,1 milyon ABŞ dolları və ya 4,4 dəfə az, həcm ifadəsində isə 11,6 min ton və ya 12,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 53,092 milyon ABŞ dolları dəyərində təqribən 11,7 min ton yük ixrac olunub ki bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 22,9 milyon ABŞ dolları və ya 75,9%, həcm ifadəsində isə 11,6 min ton və ya 153,9 ton çoxdur.
Bu ilin yanvar ayında Azərbaycana hava nəqliyyatı ilə 138,9 milyon ABŞ dolları dəyərində 945 ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 668 milyon ABŞ dolları və ya 5,8 dəfə az, həcm ifadəsində isə 13 ton və ya 1,4% çoxdur.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 3,538 milyard ABŞ dolları dəyərində 5,440 milyon ton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5%, həcm baxımından isə 1,099 milyon ton və ya 16,8% azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 2,236 milyard ABŞ dolları dəyərində 4,678 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 802,6 milyon ABŞ dolları və ya 26,4%, həcm ifadəsində isə 910,7 min ton və ya 16,3% azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar ayında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 1,302 milyard ABŞ dolları dəyərində 762,8 min ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 750,2 milyon ABŞ dolları və ya 36,5%, həcm baxımıdan isə 188,4 min ton və ya 19,8% azdır.
Bakı 




