• Bakı C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşdü - FOTOLAR

CƏMİYYƏT

17 Fevral 2026 | 20:16

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşdü - FOTOLAR

Leyla Əliyeva Albaniya Respublikasında səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, Leyla Əliyeva səfər çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb.

Səmimi dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bir daha vurğulanıb.

Tərəflər mədəni əlaqələrin möhkəmləndirilməsini müzakirə edərək, incəsənətin birgə yaradıcılıq üçün universal vasitə kimi rolunu qeyd ediblər.

Söhbət zamanı Leyla Əliyeva və Edi Rama ekoloji məsələlərə xüsusi diqqət ayıraraq, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər. 


SON XƏBƏRLƏR