• Bakı C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Ötən il yük və sərnişin daşımalarında bu qədər artım olub

İQTİSADİYYAT

19 Yanvar 2026 | 14:37

Ötən il yük və sərnişin daşımalarında bu qədər artım olub

2025-ci ildə yük və sərnişin daşımaları əvvəlki illə müqayisədə müvafiq olaraq 1,8 faiz və 6,1 faiz artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 243,2 milyon ton yük daşınıb. Yüklərin 3,7 faizi dəniz, 6,9 faizi dəmir yolu, 0,2 faizi hava, 62,4 faizi avtomobil nəqliyyatı, 26,8 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,2 faiz artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 80,4 faiz təşkil edib. 2025-ci ildə nəqliyyatçılar 2215,1 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 89,1 faizi avtomobil nəqliyyatı, 10,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.


SON XƏBƏRLƏR