• Bakı 26° C

    15.21 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Masallı Sənaye Məhəlləsində plastik taralar istehsal ediləcək

İQTİSADİYYAT

18 Fevral 2026 | 13:55

Masallı Sənaye Məhəlləsində plastik taralar istehsal ediləcək

"Azmer Group" MMC-yə Masallı Sənaye Məhəlləsinin rezidenti statusu verilib.

Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, şirkətin icra edəcəyi layihənin investisiya dəyəri 1,3 milyon manatdır. Layihə çərçivəsində aqrar sahədə istifadə olunan plastik taralar istehsal ediləcək.

Hazıda Masallı Sənaye Məhəlləsində 10 sahibkarlıq subyekti rezident statusuna malikdir. Onlar ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026