• Bakı C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Azərbaycan iqtisadiyyatı 1,4 % böyüdü

İQTİSADİYYAT

19 Yanvar 2026 | 10:17

Azərbaycan iqtisadiyyatı 1,4 % böyüdü

2025-ci ildə Azərbaycanda 129,1 milyard manatlıq və yaxud 2024-cü illə müqayisədə 1,4 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 2,7 % artıb.

ÜDM istehsalının 33 %-i sənaye, 11,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,5 %-i tikinti, 5,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 %-i informasiya və rabitə sahələrinin, 21,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 12 602 manat olub.


SON XƏBƏRLƏR

18 Yanvar 2026