Tiktoker Nahid Nəsirovun apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.
Bakıvaxtı.az “Qanunla.az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə tiktokerin vəkili 10 saylı Vəkil Bürosunun vəkili Vasif Mirzəyevin vəsatətləri üzrə prosesə baxılıb.
Vəsatətdə həm onun həbs qətimkan tədbirinin uzadılması, həm də ev dustaqlığına baxılması göstərilib.
Məhkəmədə tiktokerlə bağlı qərar qəbul edilib.
Qərara əsasən hər iki vəsatət təmin edilməyib və tiktokerin həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Prosesdən sonra tiktokerin vəkili Vasif Morzəyevin sözlərinə görə, müdafiə etdiyi şəxsin təqsirini sübut edəcək cinayət işi materiallarında hər hansı bir dəlil yoxdur.
Xatırladaq ki, Nərimanov Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə tiktoker Nahid Nəsirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bakı 




