ABŞ Dövlət Katibi Marko Rubio ABŞ-nin Ukraynadakı müharibəyə son qoymaq üçün səylərinə "çox vaxt sərf etdiyini" bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, münaqişənin tənzimlənməsində vasitəçi olacaq yeganə ölkənin ABŞ olacağını deyib.
"Bu müharibənin hələ bitməməsinin bir səbəbi var: bu, bizim müharibəmiz deyil. Hər iki tərəflə həqiqətən danışıqlar apara biləcək yalnız bir ölkə var. Bu, ABŞ-dir", - deyə Rubio əlavə edib.
O bildirib ki, danışıqlar davam edir və "həm Ukrayna, həm də Rusiyanın qəbul edə biləcəyi" kompromis axtarılır.
"Eyni zamanda, heç bir tərəf təslim olmaq istəmir. Nəticədə qərar Ukrayna və Rusiya arasında olacaq", - deyə ABŞ rəsmisi qeyd edib.
Rubio bildirib ki, o bu həftəsonu Ukrayna ilə bağlı danışıqlara qoşula bilər.
Bakı 




