• Bakı C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Boğazında çörək qalan şagird belə xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR

HADİSƏ

20 Dekabr 2025 | 15:57

Boğazında çörək qalan şagird belə xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb.

Belə ki, şagird yemək zamanı boğazında çörək parçasının qalması nəticəsində boğulmağa başlayıb. Hadisə anında müəllimlər dərhal müdaxilə edib. Onlarla yanaşı, məktəbdə olan valideynlərdən biri də kömək göstərməyə çalışıb. Təcili tibbi yardım briqadası gələnədək məktəbin “Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının üzvü olan valideyn vaxtında müdaxilə edərək şagirdin həyatını xilas edib.

Həmin görüntüləri təqdim edirik:


SON XƏBƏRLƏR

19 Dekabr 2025