İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampla İran ərazisinə yeni zərbələr endirmək ehtimalını müzakirə etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "NBC News" mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Netanyahu Amerika prezidentinə Tehranın raket proqramı ilə bağlı narahatlıqlarını çatdırmaq və proqramın inkişafına qarşı "sürətli cavab tədbirləri tələb oluna biləcəyini" bildirmək niyyətindədir.
Nəşrin məlumatına görə, Netanyahu Trampa ABŞ-niın yeni hərbi əməliyyatlarda mümkün iştirakı və ya Vaşinqtonun onların həyata keçirilməsinə kömək etməsinin yolları ilə bağlı variantları təqdim edəcək.
Qeyd edək ki, Netanyahu ilə ABŞ prezidenti arasında dekabrın 29-da Floridada görüş gözlənilir.
Zeynəb Rzayeva
Bakı 




