• Bakı 24° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Limon formasında planet kəşf olundu

DÜNYA

20 Dekabr 2025 | 00:11 | Müəllif: Subhan Mahmudov

Limon formasında planet kəşf olundu

NASA alimləri, forması və tərkibi mövcud planet əmələ gəlməsi nəzəriyyələrinə zidd olan olduqca qeyri-adi bir ekzoplanetin kəşf edildiyini elan ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, planet ölçüsünə görə Yupiterlə müqayisə edilə bilər, lakin fiziki xüsusiyyətləri astronomlar tərəfindən əvvəllər müşahidə edilənlərdən kəskin şəkildə fərqlənir.

Həddindən artıq cazibə qüvvəsinin təsiri altında o, uzanmış, limona bənzər bir forma alıb. Alimlər hesab edirlər ki, deformasiya onun ətrafında fırlanan ulduzun güclü cazibə qüvvəsinin təsiri ilə yaranır. Əksər məlum ekzoplanetlərdən fərqli olaraq, o, normal bir ulduz deyil, neytron ulduzunun ətrafında fırlanır. Bu cismin kütləsi Günəşin kütləsi ilə müqayisə edilə bilən, lakin böyük bir şəhərin ölçüsündə sıxılmış formadadır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026