• Bakı C

    0.87 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Kamran Əsədova fəxri diplom verilməsi ilə bağlı rəsmi açıqlama

CƏMİYYƏT

19 Dekabr 2025 | 22:32

Kamran Əsədova fəxri diplom verilməsi ilə bağlı rəsmi açıqlama

Sosial şəbəkələrdə AMEA rəhbərliyinin Kamran Əsədova Fəxri diplom verməsi ilə bağlı getmiş məlumatlara qurum münasibət bildirib. 

Bakıvaxtı.az-adaxil olan açıqlamada deyilir:

"Əvvəla, ölkəmizin media nümayəndələrinə fəxri diplomlar sosial şəbəkələrdə yazıldığı kimi heç də “bir müddət öncə” deyil, Milli Elmlər Akademiyasının “Elm günü” ilə əlaqədar 10 aprel 2025-ci il tarixdə keçirdiyi tədbirdə təqdim olunub.

AMEA tərəfindən 2024-cü ildə və 2025-ci ilin “Elm günü” tədbirinin qeyd olunduğu vaxtadək ölkə mətbuatında və sosial şəbəkələrdə Akademiya Rəyasət Heyətinin və elmi-tədqiqat institutlarının fəaliyyətini, keçirdikləri tədbirləri işıqlandırmaqda fərqlənən mətbuat işçilərinə fəxri diplomların verilməsi nəzərdə tutulub. AMEA mətbuat xidmətinin apardığı araşdırmalar əsasında Akademiyada keçirilən tədbirlərin işıqlandırılması sahəsində fərqləndikləri üçün dövlət mətbuatından Əflatun Amaşov (“Xalq qəzeti”nin baş redaktoru), müstəqil mətbuat sahəsindən Yusif Rzayev (“525-ci qəzet”in baş redaktorunun birinci müavini), sosial şəbəkə mətbuatından Kamran Əsədov, Akademiya mətbuat nümayəndələrindən isə İlham Alıyev “Elm günü” tədbirlərində fəxri diplomlarla təltif olunmuşlar.

Əməkdaşımız İlham Alıyevdən başqa, yuxarıda adları çəkilən Əflatun Amaşov və Yusif Rzayevi əvvəlcədən şəxsən tanıdığımız halda, Kamran Əsədovla Akademiyada birinci və sonuncu görüş “Elm günü” ilə əlaqədar tədbirdə olub. Adları çəkilən mətbuat işçilərinə diplom verilərkən Kamran Əsədov haqqında inzibati məsuliyyətə cəlb edilmə ilə bağlı heç bir rəsmi məlumata rast gəlinməmişdir. Ona görə də səkkiz ay sonra baş vermiş hadisəni ümumi mətndən ayırmaq və bilərəkdən “az müddət öncə” olmuş əhvalat kimi cəmiyyətə təqdim etmək Akademiyanı məqsədli şəkildə hər hansı bir xoşagəlməz hadisəyə cəlb etmək və ya adını süni şəkildə hallandırmaq məqsədi daşıyır".


SON XƏBƏRLƏR

19 Dekabr 2025