Rusiyanın Moskva vilayətinin Vidnoye şəhərindəki pansionatda zəhərlənmiş 40-dan çox insan xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib.
"Müəyyən edilib ki, pansionatda 73 nəfər olub. 40-dan çox insan tibb müəssisələrinə yerləşdirilib, 3 nəfər ölüb", - qurum qeyd edir.
Hazırda müəssisənin rəhbərliyi və sakinləri dindirilir, hadisənin baş verməsinə səbəb olan şərtlər və şərait müəyyən edilir.
Pansionat sakinlərinin kütləvi zəhərlənməsinə səbəb olan, həyat və sağlamlıqla bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi faktı üzrə Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi açılıb./Report
Bakı 




