• Bakı C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

"Qarabağ" 2025-ci ildə sonuncu oyununu bu gün keçirəcək

İDMAN

21 Dekabr 2025 | 09:31

Qarabağ 2025-ci ildə sonuncu oyununu bu gün keçirəcək

"Qarabağ" komandası cari ildə sonuncu oyununa bu gün çıxacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Misli Premyer Liqasının XVI turunda "Qəbələ"nin qonağı olacaq.

Qarşılaşma saat 15:00-da start götürəcək. Ağdam təmsilçisi 33 xalla ikinci, meydan sahibləri 8 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək. Bu oyun saat 17:30-da başlanacaq. Naxçıvan klubu 23 xalla beşinci, qonaqlar 20 xalla yeddinci sıradadır.

Misli Premyer Liqası

II dövrə, XI tur

21 dekabr (bazar)

15:00. "Qəbələ" – "Qarabağ"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Qəbələ şəhər stadionu

17:30. "Araz-Naxçıvan" – "Şamaxı"

Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov

VAR: Əliyar Ağayev

AVAR: Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Asif Əliyev

"Liv Bona Dea Arena"

Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq. Bu turda "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.


SON XƏBƏRLƏR

20 Dekabr 2025