"Pato" basketbol klubunun nümayəndələri "Caxias do Sul" komandası ilə keçirilən və 85:91 hesabı ilə başa çatan oyundan sonra meydana axışaraq hakim Dieqo Çikonatoya hücum ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Blog Turnover" portalı məlumat yayıb.
Hadisə yerinə polis əməkdaşları çağırılıblar. Daha sonra Milli Basketbol Liqası (LNB) "Pato" klubunun ev oyunlarını növbəti xəbərdarlığa qədər azarkeşsiz, yəni bağlı qapılar arxasında keçirəcəyini açıqlayıb. Klubun bir neçə əməkdaşı isə qeyri-müəyyən müddətə LNB-nin bütün fəaliyyətlərindən kənarlaşdırılıb.
Qeyd edək ki, "Pato" komandası 21 turdan sonra LNB turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Komandanın növbəti oyunu yanvarın 20-də səfərdə "Cruzeiro" klubuna qarşı keçiriləcək.
Bakı 




