• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Qurban Qurbanovun heykəlinin qoyulması TƏKLİF OLUNUR

İDMAN

18 Fevral 2026 | 13:22

Qurban Qurbanovun heykəlinin qoyulması TƏKLİF OLUNUR

“Bu gün “Qarabağ”ın qalib gələcəyinə ürəkdən inanırıq”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bu axşam keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” oyunu barədə danışıb:

“Əslində, güclü rəqiblə qarşılaşacağıq. Rəqibdə dünya səviyyəli futbolçular var. İngilis futbolunun hansı səviyyədə olduğunu son illər avrokuboklara nəzər salanda açıq şəkildə görmək olur. Lakin “Qarabağ”ımız da asan rəqib deyil. Komandamız heç kimin gözləmədiyi şəkildə bura qədər gəlməyi bacararaq tarix yazıb”.

Siyasətçinin proqnozuna görə, “Qarabağ” qalib gələ bilər:

“Oyunun gərgin keçəcəyini düşünürəm. Ancaq azarkeşlərin də dəstəyi ilə qələbə qazanacağımıza inanıram. Qurban Qurbanov yenə də taktiki gedişləri ilə bizə unudulmaz bir zəfər yaşada bilər. Bu matçda qələbə qazanaraq İngiltərəyə avantajlı şəkildə gedə bilərik. Niyə də olmasın?! Axşam bütün Azərbaycan xalqının qəlbi “Qarabağ”la döyünəcək”.

Akif Nağı Qurban Qurbanovun heykəlinin qoyulmasını təklif edəcəyini açıqlayıb:

“Əgər “Qarabağ” bu gün qalib gəlsə və mərhələni keçsə, Azərbaycan futbolunda yeni bir tarix yazılacaq. Düşünürəm ki, bunu mükafatlandırmaq lazımdır. “Qarabağ”ın uğurların əsas memarı isə Qurban Qurbanovdur. Ona görə də, bu zəfərin ardından ölkənin ən yaxşı yerlərinin birində Qurban Qurbanovun heykəlinin ucaldılmasını təklif edəcəyəm. O, bunu çoxdan haqq edir. Şübhəsiz ki, Azərbaycan futbolunu zirvəyə çıxaran Qurban Qurbanov buna artıqlaması ilə layiqdir”.

Qeyd edək ki, “Qarabağ” bu gün Çempionlar Liqasında pley-off mərhələsində ilk matçına çıxacaq. Təmsilçimiz İngiltərənin “Nyukasl Yunayted” klubu ilə qarşılaşacaq. Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq. 


SON XƏBƏRLƏR

17 Fevral 2026