• Bakı C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Kişi həyat yoldaşını dayanacaqda döydü

CƏMİYYƏT

18 Fevral 2026 | 11:24

Kişi həyat yoldaşını dayanacaqda döydü

Abşeron rayonunda kişi həyat yoldaşını küçədə döyüb.

Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonun "Atyalı" yaşayış massivindəki avtobus dayanacağında baş verib.

1992-ci il təvəllüdlü Cavid Bəbirov A.Bəbirova ilə 2016-cı ildə ailə həyatı qurub və birgə nikahdan 4 övladları dünyaya gəlib. 2025-ci ildə ailədə narazılıq yarandığı üçün qadın övladlarını da götürüb atasının yaşadığı evə gedib və geri qayıtmayıb. Cavid onun geri qayıtmasını istəsə də, qadın onun bu təklifindən imtina edib.

Bir neçə gün öncə qadın 9 yaşlı qızını məktəbdən gətirərkən dayanacaqda Cavidlə rastlaşıb. Cavid uşağı ilə görüşmək istəyəndə qadın buna mane olur və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Cavid dayanacaqda həyat yoldaşını döyərək ona xəsarətlər yetirib.

Hadisə yerinə polis əməkdaşları gəlib və C.Bəbirov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş Abşeron Rayon Məhkəməsinə göndərilib. Qarşı tərəf məhkəmə proseslərinə gəlməkdən və ifadə verməkdən imtina etdiyi üçün C.Bəbirov cinayət məsuliyyətindən azad edilib.


SON XƏBƏRLƏR

17 Fevral 2026