Naxçıvan Muxtar Respublikasında Ramazan Bayramı münasibətilə bayram namazı qılınıb.
Bakıvaxtı.az xəbər verir ki, bayram namazı Naxçıvan şəhərindəki Heydər Məscid kompleksində, “Sarvanlar”, “Kazım Qara Bəkir”, “Pirqəmiş”, “Cümə” məscidlərində, həmçinin muxtar respublikanın rayon və kənd məscidlərində qılınıb.
Muxtar respublika sakinlərinin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.
Bakı 




