• Bakı C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Vüsalə Zahiddən danışdı: "Heç bir qadağa qoyulmayıb..."

ŞOU

18 Fevral 2026 | 10:38

Vüsalə Zahiddən danışdı: Heç bir qadağa qoyulmayıb...

Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, aparıcı qızının atası olan həmkarı Azər Zahid barədə səsləndirdiyi fikirlərlə geniş müzakirələrə səbəb olub.

Əlizadə bildirib ki, keçmiş həyat yoldaşı artıq 8 ildir övladını axtarmır və onunla əlaqə saxlamır. Tele-aparıcının sözlərinə görə, qızı hazırda 14 yaşına çatmaq üzrədir və böyüdükcə baş verənləri daha yaxşı anlayır. Bu durumun yeniyetməyə psixoloji təsir göstərdiyini deyən aparıcı, bəzi sosial şəbəkə hesablarını qızının qarşısına istənilməyən görüntülər çıxmaması üçün əngəllədiyini vurğulayıb.

O, qeyd edib ki, öz tərəfindən ata-qız görüşlərinə heç bir qadağa qoyulmayıb:

"Səkkiz il ərzində nə zəng, nə də bir mesaj olub. Bu barədə indiyə qədər danışmamışdım. Qızıma atasına qarşı hər hansı mənfi fikir aşılamağa çalışmıram", - deyə əlavə edib.

Səsləndirilən fikirlər sosial mediada müxtəlif rəylərə səbəb olub./Milli.Az


SON XƏBƏRLƏR

17 Fevral 2026