"Fransa Prezidenti Emmanuel Makron və Hindistanın Baş naziri Narendra Modi amerikalı həmkarı Donald Trampın aqressiv və proteksionist diplomatiyasının yaratdığı qlobal qarışıqlıq qarşısında müdafiədən süni intellektə qədər əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bfmtv.com”un xəbərində qeyd edilib.
Məlumata görə, Modi Makronla görüşdən sonra mətbuata bildirib ki, Hindistan-Fransa tərəfdaşlığının heç bir sərhədi yoxdur: “Tərəfdaşlıq okeanların dərinliklərindən ən yüksək dağlara qədər uzanır".
Fransa dövlət başçısı əlavə edib ki, ölkələrarası münasibətlər diqqətəlayiq sürətlənmə mərhələsindədir və bu, dəyişən beynəlxalq nizamla bağlıdır.
Aydın Baxış
Bakı 




