ABŞ İran neftinə qarşı sanksiyaları ləğv edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.
"Yaxın günlərdə hazırda dənizdə olan İran neftinə qarşı sanksiyaları ləğv edə bilərik. Bu, təxminən 140 milyon bareldir", - deyə o bildirib.
Besset, eləcə də ABŞ-nin qiymətləri aşağı salmaq üçün strateji ehtiyatından bazara əlavə neft buraxa biləcəyini də təklif edib. Bundan əlavə, nazir İranın Xarq adasının ABŞ-nin nəzarəti altına keçmə ehtimalını da istisna etməyib:
"Ötən həftə bombardman kampaniyası həyata keçirilib. Xarq adasındakı hərbi obyektlər dağıdılıb və nə baş verəcəyini, Xarq adasının sonda Amerika aktivinə çevrilib-çevrilməyəcəyini görəcəyik."
Bakı 




