• Bakı C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Avropa Birliyi Ermənistanı dəstəkləyəcək - Marta Kos

DÜNYA

19 Mart 2026 | 22:51

Avropa Birliyi Ermənistanı dəstəkləyəcək - Marta Kos

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Birliyinin (AB) genişlənmə məsələləri üzrə komissarı Marta Kosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyan qeyd edib ki, ikitərəfli əməkdaşlıq gündəliyi ardıcıl olaraq genişlənir. M.Kos AB-nin ikitərəfli əməkdaşlıq çərçivəsində Ermənistanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Görüş zamanı həmsöhbətlər tərəfdaşlığın inkişafını, iqtisadi və investisiya proqramlarının genişləndirilməsi imkanlarını, həmçinin Ermənistan və AB ölkələri arasında viza rejiminin liberallaşdırılması prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Həmçinin regional məsələlərə və İrəvanla Bakı arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara da toxunulub. Marta Kos AB-nin sülhə nail olmağa yönəlmiş səylərə tam dəstəyini vurğulayıb.

Tərəflər yüksək səviyyəli dialoqun davam etdirilməsinin və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə səylərin vacibliyini qeyd ediblər.


SON XƏBƏRLƏR

19 Mart 2026