Pentaqonun sözçüsü ABŞ-yə məxsus F-35 qırıcısının İran üzərində döyüş tapşırığı yerinə yetirdikdən sonra Yaxın Şərq hava bazasına təcili eniş etdiyini açıqlayıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, pilotun vəziyyətinin stabil olduğu, insidentlə bağlı araşdırmalara başlanıldığı bildirilir.
ABŞ Müdafiə Nazirliyi rəsmi mətbuat şərhində, “ABŞ F-35 təyyarəsinin İran üzərində döyüş missiyasını yerinə yetirdikdən sonra ABŞ-nin regional aviabazasına təcili eniş etdiyi barədə xəbərlərdən məlumatlıdır. Təyyarə təhlükəsiz şəkildə eniş edib”, - deyib.
Qeyd edək ki, İranın rəsmi dövlət radiosu (VOI) İslam Respublikasının tarixdə ilk dəfə olaraq ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil F-35 qırıcı təyyarəsini vurması haqda məlumat yayıb.
Bakı 




