• Bakı C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

“Volt”, “Megastore” və “The Place”da yararsız qida məhsulları - FOTO

CƏMİYYƏT

18 Fevral 2026 | 12:59

“Volt”, “Megastore” və “The Place”da yararsız qida məhsulları - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları (AQTA) Bakı şəhərinin Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, “Volt Services Azərbaycan” MMC-yə məxsus “Volt” marketdə yoxlama keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, “Grand-Mart” MMC-yə məxsus “Megastore” ticarət obyektində, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, “Our Company” MMC-yə məxsus “The Place” ictimai iaşə obyektində də yoxlama keçirilib.

"Baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. “Megastore” supermarketdə və “The Place” ictimai iaşə obyektində həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlama zamanı aşkarlanan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

17 Fevral 2026