• Bakı C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Boşanmaq istəməyən qadın falçıya 16 min manat ödəydi

CƏMİYYƏT

18 Fevral 2026 | 13:02

Boşanmaq istəməyən qadın falçıya 16 min manat ödəydi

Bakıda həyat yoldaşından boşanmaq istəməyən qadın dələduzluğun qurbanı olub.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, Zərnigar Məmmədova (ad-soyad şərtidir) bunun üçün 1968-ci il təvəllüdlü, özünü falçı kimi təqdim edən Aidə Cəfərovaya (ad-soyad şərtidir) 16 297 manat ödəyib.

Belə ki, Zərnigar ailə problemlərinin həlli üçün baxıcı qadına müraciət edib.

Falçı isə 16 000 manat pul müqabilində müxtəlif dualar yazıb verməklə onların ailəsinin dağılmasının, həyat yoldaşının onu boşamasının və xarici dövlətə köçüb getməsinin qarşısını ala biləcəyini bildirib.

Falçı eyni zamanda, ona verəcəyi müxtəlif növ əşyaları evində gizli bir yerdə saxlamasını deyib.

İlkin olaraq Aidə Cəfərova 790 manat məbləğində nağd pul alıb qadına 2 xaç və 2 yumuru əşya verib evdə gizlətməsini tapşırmaqla onu həyat yoldaşı ilə ailə münasibətlərinin yaxşılaşacağına inandırıb. Bundan sonra falçı Zərnigarı daha da aldadaraq, onun qızıl-zinyət əşyalarını da ələ keçirib.

Xəzər Rayonu Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qarşı tərəfə dəymiş maddi ziyanı ödədiyini bildirib. “Konstitusiya və Suverenlik İli” münasibətilə özünü falçı kimi təqdim edən qadın barəsində amnistiya elan edilib və CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.


SON XƏBƏRLƏR

17 Fevral 2026