ABŞ-nin Kaliforniya ştatındakı Taho gölü yaxınlığında qar uçqunu olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Uçqun nəticəsində on xizəkçi itkin düşüb, daha altısı isə ilişib qalıb.
Məlumata görə, qar uçqunu məşhur xizək sürmə məkanı olan Taho gölünün şimal-qərbindəki Kasl Pik bölgəsindəki Truki şəhəri yaxınlığında baş verib.
Kasl Pik ərazisinin yaxınlığında yerləşən xizək kurortuna təxminən 75 sm qar yağdığı bildirilir.
Bakı 




