• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Polis avtomat, pulemyot, tapança aşkarladı

HADİSƏ

18 Fevral 2026 | 12:19

Polis avtomat, pulemyot, tapança aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bakıvaxtı.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-si polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 1 avtomat, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng aşkar ediblər.

Bundan başqa, 10 patron darağı, 458 ədəd müxtəlif çaplı patron və 192 ədəd mərmi də aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026