Qaxda 18 yaşlı gənc bıçaqlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə bu gün saat 19 radələrində Qax şəhərində 34 yaşlı Adil Abdurəhmanov yaşadığı ünvanda tanışı 18 yaşlı Rəvan Qadaşovu kəsici alətlə yaralayıb.
R.Qadaşov isə boşqabla A.Abdurəhmanova xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Tərəflərin xəsarətləri ilə bağlı müvafiq ekspertiza təyin olunub./Qafqazinfo
Bakı 




