• Bakı C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

 Hacıqabulda avtomobil aşdı: Üç nəfər...

HADİSƏ

19 Mart 2026 | 20:38

 Hacıqabulda avtomobil aşdı: Üç nəfər...

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Opel" markalı avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb.

Qəza nəticəsində Mingəçevir şəhər sakini, 2003-cü il təvəllüdlü Əhmədova İlahə, Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Əhmədova Əfiqə, Saatlı rayon sakini, 1999-cuil təvəllüdlü Ağayev Miryəhya müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR