Mingəçevirdə məktəbdə yanğın təhlükəsi olub, şagirdlər təxliyə edilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində yerləşən 19 saylı orta məktəbdə baş verib.
İlkin məlumatda bildirilir ki, yanğına səbəb məktəbin bufetinin elektrik kabelində yaranan qısaqapanma olub.
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




