• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şəhid övladları qış düşərgəsində - FOTOLAR

    CƏMİYYƏT

    18 Fevral 2026 | 14:16

    Şəhid övladları qış düşərgəsində - FOTOLAR

    “YAŞAT” Fondunun təşkilatçılığı ilə Naxçıvanda şəhidlər övladları üçün növbəti dəfə qış düşərgəsi təşkil olunub.

    Bakıvaxtı.az xəbər verir ki, layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə tərəfdaşlıq çərçivəsində, həmçinin “Azərbaycan Hava Yolları" QSC-nin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə reallaşıb.

    36 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün qış mövsümünə uyğun olan qış idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır.

    Düşərgənin ilk günündə iştirakçılar Duzdağ Müalicə Mərkəzinə ekskursiya ediblər. Həmçinin AHİK tərəfindən görülən işlərə həsr olunmuş filmin nümayişi baş tutub.

    Sonrakı günlərdə iştirakçılar Ağbulaq İstirahət Mərkəzində xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər.

    Düşərgə çərçivəsində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlarla çay süfrəsi ətrafında söhbət aparıblar.


    Şəhid övladları qış düşərgəsində - FOTOLARŞəhid övladları qış düşərgəsində - FOTOLARŞəhid övladları qış düşərgəsində - FOTOLARŞəhid övladları qış düşərgəsində - FOTOLARŞəhid övladları qış düşərgəsində - FOTOLARŞəhid övladları qış düşərgəsində - FOTOLARŞəhid övladları qış düşərgəsində - FOTOLARŞəhid övladları qış düşərgəsində - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026