• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Buzovna qəsəbəsində işıq olmayacaq

CƏMİYYƏT

18 Fevral 2026 | 09:55

Buzovna qəsəbəsində işıq olmayacaq

Bu gün Xəzər rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq" ASC-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026