Bizi bayrama hazırlayan 4 çərşənbəni yola saldıq və artıq Novruz qapımızı döyür.
Bakıvaxtı.az xəbər verir ki, martın 20-21-i Azərbaycanda Novruz bayramıdır.
Qeyd edək ki, fevralın 24-də Su, martın 3-də Od, martın 10-da Yel və nəhayət, martın 17-də İlaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd edilib.
Onu da bildirək ki, bu il yazfəslininAzərbaycanadaxilolması martın 20-sisaat 18:45:53-ə təsadüfedəcək.
Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Azərbaycanda bu bayram böyük təntənə ilə qeyd olunur.
Bayramla əlaqədar bu il 11 gün qeyr-iş günüdür. Belə ki, bu il Novruz bayramı - martın 20-si cümə gününə təsadüf edir. Bundan başqa, Novruz və Ramazan bayramı günləri üst-üstə düşür. Martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart tarixləri də qeyri-iş günləri olacaq.
Martın 20, 21-də qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşəcəyindən növbəti iş günü istirahət günü hesab olunur.
Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.
Nərgiz Məmmədli
Bakı 




