• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Moskva-Bakı münasibətlərində kölgə: Rusiyanın təzyiqləri əbəsdir

SİYASƏT

18 Fevral 2026 | 15:02

Moskva-Bakı münasibətlərində kölgə: Rusiyanın təzyiqləri əbəsdir

Xəbər verdiyimiz kimi, Rusiyada dövlət ittihamçısı Uraldakı Azərbaycan diasporunun iki cinayətdə ittiham olunan keçmiş lideri Şahin Şıxlinskinin 23 il müddətinə həbsini tələb edib.

Prokuror həmçinin, Akif Səfərovun 23 il, Ayaz Səfərov 22 il, Kamal Səfərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Bakir və Məzahir Səfərovlara 13 il, Şücaəddin Rəcəbova isə 15 il həbs cəzası tələb olunub.

Qeyd edək ki, ötən həftə məhkəmənin andlılar kollegiyası Şıxlinski və digərləri barəsində ittiham hökmü çıxarıb və onların güzəştə layiq olmadıqları qənaətinə gəlib. İttiham tərəfi hesab edir ki, təqsirləndirilən şəxslər 2001-ci ildə Yunis Paşayevin qətlinin təşkilində və 2010-cu ildə iş adamı Feyruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak ediblər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Tural Gəncəliyev bildirib ki, Moskva-Bakı münasibətlərindəki gərginliyə nəzər yetirdikdə, Rusiyanın Cənubi Qafqazda gedən prosesləri həzm edə bilməməsi mənzərəsi yaranır.

Onun sözlərinə görə, Rusiya tərəfindən Azərbaycana qarşı təzyiqlər əbəsdir və heç bir nəticə verməyəcək:

“Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında çox açıq-aşkar söylədi ki, Ukraynada Azərbaycan səfirliyinə təhlükə yaradan zərbələr üç dəfə təkrarlanıb. Dövlət başçısının sözləri Rusiyaya mesaj idi ki, Kremlin Bakıya hibrid hücumlarından, diplomatik həmlələrindən agahıq və buna cavab veririk. Ona görə də Rusiya tərəfinin bəyanatları, atılan addımlar və ənənəvi olaraq orada yaşayan soydaşlarımıza qarşı təzyiqləri və bunun “silah” kimi istifadə edilməsi qəbuledilməzdir”.

Tural Gəncəliyev:  Rusiya yeni geosiyasi reallığı həzm edə bilmir

Müsahibimizin fikrincə, Rusiyanı qıcıqlandıran məsələlərdən biri də çox böyük cinayətlər törətmiş Ruben Vardanyanın məhkəmə prosesinin başa çatması və onun layiq olduğu cəzanı almasıdır:

“Sirr deyil ki, Ruben Vardanyan məhz Rusiya vətəndaşı kimi Qarabağda Moskvanın tapşırıqlarını icra etmək məqsədi ilə torpaqlarımıza göndərilmişdi. Hesab edirəm ki, münasibətlərin korlanması bizdən yox, Rusiyanın yeni geosiyasi reallığı həzm edə bilməməsindən qaynaqlanır”.

Deputat vurğulayıb ki, Azərbaycan suveren ölkədir və müstəqil siyasət yürüdür. Onun fikrincə, ABŞ-nin vitse-prezidenti Ceysm Devid Vensin Bakıya səfəri və keçirilən mühüm görüşlər, imzalanan sənədlər də bunu göstərir:

“Rusiya tərəfi də proseslərə konstruktiv yanaşmalı, reallıqları dərk etməlidir. Ancaq görünən odur ki, Moskva Bakıya yönəlik qərəzli siyasətindən hələ də əl çəkməyib”.

Aydın Baxış


SON XƏBƏRLƏR