• Bakı C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Xocalıda minaya düşən var

HADİSƏ

18 Fevral 2026 | 11:39

Xocalıda minaya düşən var

18 fevral tarixində işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

    Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

    Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.

    Çobanov Vasif rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.


    SON XƏBƏRLƏR

    17 Fevral 2026