• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

Ramazan birlik və bərabərlik ayıdır - Elşad Miri orucluğun mahiyyətindən DANIŞDI

CƏMİYYƏT

18 Fevral 2026 | 14:25

Ramazan birlik və bərabərlik ayıdır - Elşad Miri orucluğun mahiyyətindən DANIŞDI

Ramazan ayı müsəlman dünyasının ən müqəddəs və mənəvi baxımdan ən zəngin bayramlarından biridir. Bir ay davam edən oruc ibadətinin, səbir və nəfs tərbiyəsinin ardından gələn bu mübarək gün həm şükür, həm də paylaşmaq zamanıdır.

Ramazan ayı boyunca qazanılan mənəvi dəyərlər, mərhəmət və yardımlaşma ruhu məhz bu bayramda öz zirvəsinə çatır. Ramazan Bayramı insanları bir araya gətirən, qəlbləri yumşaldan və cəmiyyətdə birlik hissini gücləndirən xüsusi bir gündür.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib ki, ümumiyyətlə, Ramazan bir təlim, Quran ayıdır:

“Quranın daha çox müzakirə olunduğu, dini mövzuların insanların həyatına daha çox sirayət etdiyi bir mərhələdir, zamandır. Eyni zamanda Ramazan birlik və bərabərlik ayıdır. Məsələn, insanlar adi günlərdə işdən, yaxud təhsildən fərqli vaxtlarda gəlib yeməklərini ayrı-ayrılıqda yeyirlər. Amma Ramazanda hər kəs eyni vaxtda iftarını açır, sahura qalxır, bir süfrə arxasında toplaşır, söhbət edir və bu da insanlar arasında gözəl bir qaynaşma yaradır. Yaxşı mənada bir birlik və bərabərlik formalaşır. Ramazanın mahiyyəti məhz bununla bağlıdır”.

İlahiyyatçı əlavə edib ki, bu ay həm də oruc vasitəsilə yeməkdən, içməkdən və yaxın münasibətlərdən uzaq durduğumuz bir zamandır:

“Təəssüf ki, bəzən belə bir fikir formalaşır ki, qadınlar heyzli olduqları halda oruc tuta bilməzlər deyə onlara hansısa qınaq yönəldilir. Halbuki bu, əsassız və uydurma yanaşmadır”.

Elşad Miri: Ramazanda keçdiyimiz mənəvi təlimi ilin qalan hissəsində də yaşatmalıyıq

Müsahibimizin dediyinə görə, digər tərəfdən, Ramazanın əsas mahiyyəti ondan ibarətdir ki, bu ayda qazandığımız dəyərləri, öyrəndiklərimizi və yaşadığımız məsuliyyət hissini digər aylara da daşıyaq:

“Bu ay daha məsuliyyətli olmaq ayıdır. Ramazanda keçdiyimiz mənəvi təlimi ilin qalan hissəsində də yaşatmalıyıq”.

Fitr məsələsinə gəldikdə isə, Elşad Miri deyib ki, bu, Ramazan ayında oruc tuta bilməyənlərə və imkanı olmayanlara göstərilən maddi dəstəkdir:

“İnsan öz gündəlik yemək-içmək xərclərini hansı səviyyədə qarşılayırsa, həmin ölçüdə - imkanı varsa daha artıq - ehtiyacı olanlarla bölüşməlidir”.

Aynur Babazadə


SON XƏBƏRLƏR