• Bakı 10° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Maşınını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - VİDEO

CƏMİYYƏT

18 Fevral 2026 | 09:28

Maşınını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi texniki müayinə mərkəzi ilə bağlı sürücülərə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə deyilir:

"Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi fiziki və hüquqi şəxsləri istifadələrində olan nəqliyyat vasitələrini vaxtında texniki baxışa təqdim etməyə, xidmətdə məmnunluğun təmin edilməsi məqsədilə bu sahədə yaradılmış imkanlardan faydalanmağa çağırır.  

Digər məntəqələrdə olduğu kimi paytaxtın Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən, müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində də növbələrin yaranmaması üçün bütün lazımı şərait yaradılıb.

Təkcə paytaxt əhalisi üçün deyil, respublikanın digər regionlarında qeydiyyatda olan avtomobillərə də xidmət göstərən sözügedən Müayinə Mərkəzi  həftənin I-VI günləri saat 09:00-dan 23:00-dək, bazar günü isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir".

Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yaranmış suallara 012-511-08-40 nömrəli qaynar xəttinə zəng etməklə cavab ala bilərsiz".

 


SON XƏBƏRLƏR

17 Fevral 2026