Xəbər verdiyimiz kimi, metronun “Azadlıq” stansiyasının yaxınlığında yerləşən yaşayış binalarından birinin həyətində kanalizasiya borusu partlayıb.
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab verən İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirib ki, hadisə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində baş verib.
Məlumata görə, qəzanın səbəbi “Changan A05” markalı, 99-DT-749 dövlət nömrə nişanlı avtomobilin həmin ərazidə yerləşən su hidrofonunu zədələməsi olub.
Qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb və hazırda qəza xidməti briqadası ərazidə iş aparır.
Əli Hüseynov
***
10:08
Metronun "Azadlıq" stansiyasının yaxınlığında yerləşən yaşayış binalarından birinin həyətində kanalizasiya borusu partlayıb.
Bununla bağlı Bakıvaxtı.az-a ərazidə yaşaqan sakinlər bildiriblər. Redaksiyamıza daxil olan şikayətə görə, nəticədə ərazi tamamilə su altında qalıb və sakinlərin həyəti keçməsi çətinləşib.
Hadisə yerinə polis əməkdaşları və məsul kommunal qurumun təmir briqadası cəlb edilib.
Şikayətçilərin bildiriblər ki, kanalizasiya borusunda yaranan nasazlıq bir müddətdir özünü göstərirdi:
"Bu gün isə ciddi şəkildə partlayaraq ərazini yararsız vəziyyətə salıb".
Sözügedən ərazidən foto və videogörüntünü təqdim edirik.
Əli Hüseynov
Bakı 





