Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət edib.
Bakıvaxtı.az xəbər verir ki, Anar Ələkbərov şəxsi "İnstaqram" hesabında bu sözləri yazıb:
"Dəyərli Xalq şairimiz Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrim edirik. Böyük söz ustadına möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qəlbinizin ruhu daim sözünüzə işıq olsun. Doğum gününüz mübarək!".
Bakı 







