• Bakı C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Ümit Karanın narkotik testinin cavabı açıqlandı

İDMAN

19 Yanvar 2026 | 20:32

Ümit Karanın narkotik testinin cavabı açıqlandı

Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan və "narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti" ittifaqı ilə həbs edilən köhnə futbolçu Ümit Karanın analiz nəticələri bəlli olub. Məlumata görə, Karanın həm qanında, həm də saç nümunələrində narkotik maddə aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Ümit Karandan götürülən qan və saç nümunələri Məhkəmə Tibbi Ekspertizasına göndərilmişdi. Ekspertizanın rəyinə əsasən, köhnə milli futbolçunun həm qanında, həm də saçında kokain maddəsi aşkar edilib və test nəticəsi müsbət çıxıb.

Narkotik əməliyyatı çərçivəsində ümumilikdə 23 nəfər saxlanılıb. Onlardan aralarında Ümit Karanın da olduğu 13 şübhəli barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Digər 9 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Ümit Karan sadəcə narkotik istifadəçisi kimi deyil, daha ağır maddə ilə ittiham olunur. Məhkəmə sənədlərinə görə, o, "narkotik və ya stimullaşdırıcı maddələri ölkə daxilində satan, satışa təklif edən, başqalarına verən, nəql edən, saxlayan və qəbul edən" şəxs qismində tutulub.

İstanbul prokurorluğu 2025-ci ilin oktyabr ayından bəri məşhur simalara qarşı genişmiqyaslı narkotik istintaqı yürüdür. Bu müddət ərzində bir çox musiqiçi, menecer və iş adamı ifadə verib, analizlər üçün qan və saç nümunələri təqdim ediblər. Ümit Karan isə polislər tərəfindən Sabiha Gökçen Hava Limanında saxlanılmışdı./Milli.az


SON XƏBƏRLƏR