Türkiyə milli tennisçisi Zeynəb Sönməz Avstraliya Açıq Turnirində təkbətək matçda qalib gələrək ikinci raunda yüksələn ilk türk qadın olub.
Bakıvaxtı.az xəbər verir ki, ancaq Zeynəb bu matçda daha çox xeyirxah davranışı ilə alqış toplayıb.
Tarixi matçda topları toplayan yeniyetmə qız yüksək temperatur səbəbindən huşunu itirib. Meydançanı tərk edən Zeynəb ona kömək edərək yeniyetməni kənara çıxarıb.
Türkiyəli idmançının bu hərəkəti alqışlarla qarşılanıb.
Bakı 




