İngilis mərkəz müdafiəçisi Mark Qehi “Mançester Siti” ilə müqavilə imzalayıb.
Bakıvaxtı.az bu barədə klubun rəsmi saytına istinadən verir.
“Mançester Siti” 25 yaşlı İngiltərə millisinin üzvü üçün 23 milyon avro ödəyəcək. O, klubla 2031-ci ilə qədər müqavilə imzalayıb.
Ötən yay müdafiəçi az qala 40 milyon avroya “Liverpul”a keçəcəkdi, lakin müqavilə son anda pozuldu.
“Çelsi”nin gənclik sisteminin yetirməsi olan Qehi 2021-ci ilin yayında 23 milyon avroya “Kristal Palas”a keçib. Onun hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir və Transfermarkt onun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.
Bu mövsüm Qehi London klubunda 33 oyunda iştirak edib, üç qol vurub və üç məhsuldar ötürmə edib.
Bakı 




