"ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri Qəzza zolağında atəşkəs sazişinin birinci mərhələsinin həyata keçirilməsində irəliləyişlər barədə məlumat veriblər".
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.
O qeyd edib ki, ABŞ, Misir, Qətər və Türkiyə nümayəndələri cümə günü Florida ştatının Mayami şəhərində Qəzzada atəşkəs sazişinin birinci mərhələsinin həyata keçirilməsini qiymətləndirmək və ikinci mərhələyə keçidə hazırlıq məqsədilə danışıqlar aparıblar: "Birinci mərhələ humanitar yardımın artırılması, girovların cəsədlərinin geri qaytarılması, qüvvələrin qismən geri çəkilməsi və hərbi əməliyyatların azaldılması da daxil olmaqla irəliləyişlərə səbəb olub".
Həmçinin bildirilir ki, tərəflər ikinci mərhələ ilə bağlı müzakirələr zamanı Qəzzada "vahid hakimiyyət orqanı"nın himayəsi altında fəaliyyət göstərəcək idarəetmə orqanının yaradılmasının vacibliyini vurğulayıblar.
Əli Hüseynov
Bakı 




