• Bakı C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Ərdoğan Atlasın qatillərinin cəzalandırılmasını istədi

DÜNYA

19 Yanvar 2026 | 21:28

Ərdoğan Atlasın qatillərinin cəzalandırılmasını istədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 17 yaşında küçədə qətlə yetirilən Atlas Çağlayanın qatillərinin cəzalandırılmasını istəyib.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan çıxışı zamanı deyib:

"Gənc Atlas Çağlayanımızın başına gələn hadisələr, Mattia Ahmet Minguzzinin hadisələri kimi, bizi dərin kədərə qərq etdi.

Bu qəbuledilməz hadisələri araşdırmaq təhlükəsizlik qüvvələrimizin, məhkəmə sistemimizin, bütün qurumlarımızın və özümüzün vəzifə və məsuliyyətidir. Gənc Atlasımızı qətlə yetirən cinayətkarların məhkəmədə lazımi cəzanı almasını tələb edirik. Bu məsələdə vəzifəmizi sona qədər yerinə yetirməkdə qətiyyətli və sadiqik".

Qeyd edək ki, Atlas Çağlayan küçədə bir qrup şəxs tərəfindən "bizə niyə tərs baxırsan" deyilərək qətlə yetirilib. 


SON XƏBƏRLƏR