Vladimir Medinski Cenevrədə Ukrayna tərəfi ilə qapalı görüş keçirdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
Medinski Cenevrədə Ukrayna tərəfi ilə qapalı formatda görüş keçirdiyini təsdiqləyib.
***
17:28
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski hava limanına yola düşməzdən əvvəl Cenevrə “İnterkontinental” hotelində iki saatlıq qapalı danışıqlar aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Danışıqlar qrupundakı mənbə "İzvestiya"ya bildirib.
Mənbə görüşün kiminlə keçirildiyini dəqiqləşdirməyib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edib. Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov daxil olub./APA
Bakı 




