İran hökuməti internetə çıxışı 23 yanvar cümə gününə qədər tam bərpa edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın elm və texnologiya üzrə vitse-prezidenti Hüseyn Afşin bildirib.
"İnternet bu gün, sabah və ya həftənin sonuna (İran təqviminə görə 23 yanvar - red.) qədər bərpa edilə bilər", - deyə Afşin söyləyib.
Qeyd edək ki, bir gün əvvəl İranda baş verən son etirazlar və iğtişaşlar səbəbindən bloklanan internetə çıxış İran paytaxtında bərpa edilib.
Bakı 




